USAİD-Azərbaycan əməkdaşlığı çərçİvəsİndə altı yem emalı məntəqəsi İstİfadəyə verİlİb (FOTO)


Digərləri 17 Mar 2019 01:48:33 250 0

USAİD-Azərbaycan əməkdaşlığı çərçİvəsİndə altı yem emalı məntəqəsi İstİfadəyə verİlİb (FOTO)

Citizens in Guba, Gazakh, Barda and Terter have contributed time and money to build six feed-grinding and seed-cleaning facilities that will provide services to nearby farmers. These facilities were built through the Socio-Economic Development Activity (SEDA), funded by the United States Agency for International Development (USAID).

Bakı. Quba, Qazax, Bərdə və Tərtər sakinləri ətraf ərazilərdə yaşayan fermerlərə xidmət göstərəcək altı yem emalı və toxum təmizləmə məntəqələrinin inşasına öz vaxt və vəsaitlərini töhfə veriblər. Həmin məntəqələr ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihə çərçivəsində tikilib. Qubadakı üç yeni məntəqə habelə Qazax, Bərdə və Tərtərdəki üç məntəqə yerli fermerlərə özlərinin mal-qara və quş təsərrüfatları üçün münasib qiymətə yem və müxtəlif bitkilər üçün təmiz toxum əldə etməyə imkan yaradacaq. Kənd sakinləri yonca, taxıl və arpanı yemə çevirmək və toxumları almaq üçün rayon mərkəzinə uzun məsafə qət etməli olmayacaqlar. Həmin məntəqələr əsas məşğuliyyəti kənd təsərrüfatı olan 27,000 insanın yaşadığı ətraf kəndlərə xidmət edəcək.