Qəbizlikdən şikayət edənlərə həkim


Digərləri 16 Mar 2019 23:40:00 335 0

Qəbizlikdən şikayət edənlərə həkim

Günümüzdə qəbizlikdən əziyyət çəkənlərin sayı yetərincədir. Mütəxəssislər problemin aradan qaldırılması üçün müalicələrlə yanaşı müxtəlif pəhriz proqramları, təbii vasitələrdən yararlanmağı da vacib sayırlar.

Son.az e-tibb.az-a istinadən daxili xəstəliklər üzrə mütəxəssis Çinarə Səfərovanın qəbizlikdən əziyyət çəkənlər üçün tövsiyələrini təqdim edir:

Hər gün 2,5-3 litr su içmək vacibdir.

Sağlamlıqla bağlı hər hansı probleminiz yoxdursa, gündə 2 fincan razyana, yaşıl çay və çobanyastığı çayı için.

Maqneziumla zəngin qidalar bağırsaq fəaliyyətini sürətləndirir, xüsusilə ispanaq, kahı, kərəviz, təzə paxla, xiyar, qoz-fındıq, badam maqnezium tərkiblidir.

Hər gün içilən 1 stəkan mineral su da maqnezium tərkibli olduğu üçün qəbizliyə faydası olacaq.