Habil Əliyevin məşhur lətifələri


Digərləri 16 Mar 2019 23:11:00 303 0

Habil Əliyevin məşhur lətifələri

Azərbaycanın xalq artisti, tanınmış kaman ustası Habil Əliyev 88 yaşında dünyasını dəyişib.

Sənətkarın zarafatları, maraqlı lətifələri uzun illərdir musiqiçilər, ziyalılar arasında gəzib dolaşmaqdadır.

Son.az mərhum kaman ustasının bir neçə lətifəsini təqdim edir.

* * *

Bir gün Habil Əliyev müğənni Nazim Ağayevlə üz-üzə gəlir. Onun kefsiz olduğunu görüb soruşur ki, Nazim nolub?

Nazim Ağayev gileylənir:

- Həkimdən gəlirəm. O, mənə dedi ki, belimdə, dizimdə, ayağımda duz yığılıb. Məndə möhkəm duzlaşma gedir.

Habil Əliyev zarafatla deyir:

- Nazim, həkim gözünün içinəcən yalan deyir. Azərbaycanda səndən duzsuz adam yoxdur. Fikir eləmə!

Bir gün Habil Əliyevin iştirak etdiyi məclisdə Faiq Ağayev də olur. Habil müəllim də bunu harda görürmüşsə biabır edirmiş ki, "mavidi". Faiq də sənətkarı gorən kimi əl-ayağa düşür, burdan oturma ordan otur zad... axırda da çıxardır cibinə 500 manat qoyur ki, cib xərcliyidir oğul payı kimi qəbul edin... Habil Əliyev üzünü tutur musiqiçilərə deyir:

-Ayə bəs deyirdiniz bu kişi döyüll.

* * *

Habil Əliyev: "Çayxanada oturub çay içirdim. Bir nəfər gəldi ki, "Habil müəllim, yaxşı ki, sizə rast gəldim. Eşitmişəm öd kisənizdə daş var, sizi otlarla müalicə edəcəyəm".

O, torbasından müxtəlif qurudulmuş otlardan çəngələyib mənə verdi və sonra da necə istifadə etməyi öyrətdi. Mən ondan soruşdum:

- Qardaş, sən həkimsən, yoxsa türkəçarə ilə məşğulsan?

O, dedi:

- Hə, hə Habil müəllim, həkiməm, mal həkimi..."

* * *

Bir dəfə Habil Əliyev Ağdaşa, qardaşıgilə qonaq gedir. Qardaşı deyir ki, Ucarın Qızılqumlaq kəndində bir qohumları rəhmətə gedib, mütləq yas yerinə baş çəkmək lazımdır. Gedirlər hüzr yerinə. Orda məlum olur ki, uzun illər dəmir yolunda fəhlə işləmiş rəhmətliyi qatar vurub öldürüb.

Hadisə belə olub: Rəhmətlik iki relsin arası ilə yolu yoxlaya-yoxlaya gedirmiş. Bu zaman qarşı tərəfdəki qonşu yolla qatar gəlirmiş. Demə, həmin anda arxadan da başqa qatar yaxınlaşırmış.

Arxadan gələn qatar nə qədər siqnal verirsə, rəhmətlik yoldan çıxmır, elə bilir siqnalı verən qarşıdan gələn qatardı. Beləcə o, qatarın altında qalıb ölür. Habil Əliyev və qardaşı yas mərasimindən geriyə - Ağdaşa qayıdanda gecəyə düşürlər. Maşınla pambıqlığın arası ilə gedən torpaq yolla irəliləyərkən görürlər ki, yolu su basıb. Sən demə, pambıqlığa buraxılan su yola axıbmış...

Sulu yolda maşın palçığa batıb qalır. Sözün qısası, maşını palçıqdan çıxarınca əl-ayaqları, üst-başları batır. Maşını güc-bəla ilə çıxarandan sonra qan-tər içində olan Habil Əliyev hirsli-hirsli ölən qohumunun adını tutub onun qarasınca deyinir:

- Ay rəhmətliyin oğlu, qatar siqnal verir, çıx yoldan qırağa də!...

Bir gün qonşusunu bikef görən Habil müəllim soruşur ki, bəs nə olub bikefsən?

Qonşusu da: Çox utanıram Habil müəllim. Gece yataq otağımızın pərdəsi açıq qalıb, qonşu binadan gören olar diyə fikirləşib utanıram.

Habil müəllim də gülə-gülə: Əşşi mən də deyirəm nolub, heç kefini pozma, görüb soruşan olsa, de ki, mən deyildim.

Bir gün Habil Əliyev televiziyada Niyaməddin Musayev ilə rastlaşır. Niyaməddin əyninə çox dar şalvar geyinibmiş. Habil bəy onu diqqətlə süzüb deyir: