Fastfood və rəngli içkilərin ağır fəsadları


Digərləri 16 Mar 2019 23:05:00 207 0

Fastfood və rəngli içkilərin ağır fəsadları

"Ən çox rast gəlinən xəstəliklərdən biri böyrək daşı problemidir.Gün ərzində təcili yardıma edilən müraciətlər arasında da böyrək daşı ağrıları xüsusi yer tutur. Çünki böyrək daşı ağrıları özfəaliyyət şəklində qəbul olunan ağrıkəsicilərə tabe olmayan ağrılardır".

Bunu urologiya üzrə mütəxəssis, Mərkəzi Kliniki Xəstəxananın Urologiya şöbəsinin müdiri Elbəyi Daşdəmirli deyib.

Elbəy Daşdəmirli böyrək daşlarının yaranma səbəbləri barədə danışarkən bunun konkret bir yox, bir çox faktorlarla bağlı olduğunu deyib.

Onun sözlərinə görə, böyrək daşlarının əmələ gəlməsinə səbəb olan əsas amillər  gündəlik çox duz qəbulu, qida rasionunda qırmızı, qızardılmış ətə çox yer ayrılması və ən əsası suyun az qəbul olunmasıdır.

Mütəxəssis  bildirib ki, böyrəklərdə daş varsa, ağrının nə zaman tutacağı bəlli deyil, bu, hər an təcili vəziyyət yarada biləcək bir haldır. Uzun müddət nəzarətsiz qalan böyrək daşları hətta böyrəklərin itirilməsinə də səbəb olur: "Daş varsa, öz-özünə düşməsi mümkün deyilsə, həkim tərəfindən xaric olunmalıdır. Əks halda gec-tez orqan üçün problem törədəcək".