Vərəm mikrobunu tapan alim


Digərləri 16 Mar 2019 20:12:00 283 0

Vərəm mikrobunu tapan alim

Abbas Vasim Osmanlı İmperiyası dövründə XVII əsrdə yetişən həkim, xəttat və astronomiya alimlərindəndir. "Donqar Vasim" və "Dərviş Abbas Təbib" adları ilə də tanınan Abbas Vasimin tam dəqiq olmasa da, 1689-cu ildə Bursada dünyaya gəldiyi bildirilir. 1720-ci illərinə qədərki gənclik dövründə özü kimi dövrünün tanınmış həkimlərindən olan Bursa Əli Munşi və Ömər Şifaidən tibb, Yunanıstanın Yanya şəhərindən olan Əsəddən fəlsəfə dərsləri alıb.

Son.az faktxeber.com-a istinadən bildirir ki, digər tərəfdən isə İstanbulda yaşayan Qərb həkimləri ilə münasibət qurub, Latınca və Fransızca öyrənib, hətta İtalyan dilində olan bəzi təbabət mətnlərini türk dilinə tərcümə etdirərək, Avropadakı inkişaflardan da xəbərdar olub. Təhsil məqsədilə Hicaz, Şam və Misirə gedib. Bir çox elmi araşdırmalarla tibb sahəsindəki məlumatlarını artırıb. İstanbula qayıdaraq Sultan Səlim məscidi ətrafında aptek və klinika açıb. İstanbulda 40 il həkimlik edib, insanlara xidmət göstərib.

Abbas Vasimin vərəm haqqında ən son kəşflərə yaxın tədqiqat və araşdırmaları var. Tibbi yaxşı bilmək üçün fizika, mexanika və təcrübi kimyanı bilməyin vacib olduğunu müdafiə edib. Bu barədə "Tibbi cədidi kimyəvi" adlı əsər yazıb.

Öz adını daşıyan vərəm basilini tapdığı üçün 1905-ci ildə Nobel Tibb Mükafatını alan Robert Kox haqqında öyrənmək istəyənlər Qərb mənbələrinə müraciət edəndə belə bir məlumatla qarşılaşırlar: 1843-cü ildə Klausthalda dünyaya gələn Kox, Göttingen Universitetində tibb təhsili alıb, 840-cı ildə "yoluxucu xəstəliklərə canlı mikroorqanizmlərin səbəb olduğu" fikrini ortaya atan Friedrik Qustav Henle başda olmaqla Kasimir-Josef Davaine və Lui Pasteurdan ruhlanaraq tədqiqatlar aparıb.