Dönər, fastfood, kartoffree yeyənlərdə hansı hallar baş verir?


Digərləri 16 Mar 2019 19:35:00 286 0

Dönər, fastfood, kartoffree yeyənlərdə hansı hallar baş verir?

İngiltərənin Mançester universitetinin alimləri belə bir nəticəyə gəliblər ki, tez bazar küçədə və ofisdə fast food yeyən insanlarda depressiyaya düşmə, özünə qapanma riski 40% artır.

11 elmi araşdırmanın nəticəsi olaraq bu qənaətə gəlinib.

Son.az medicina.az-a istinadən bildirir ki, bütün elmi araşdırmalarda 16-72 yaş arası 100 min könüllü insan iştirak edib.

Onlar qida rasionları barədə sorğunu məlumatlandırıblar. Daha sonra onların psixi problemləri, depressiv simptomlara meyilliyi təyin edilib.

Hər iştirakçıya xüsusi dietik iltihabi indeks təyin olunub: bununla onların qida rasionunda nə qədər zərərli qida təşkil edildiyi aşkarlanıb.