7,6 milyonluq üzüklə məşqə çıxdı


Digərləri 16 Mar 2019 18:45:00 215 0

7,6 milyonluq üzüklə məşqə çıxdı

Məşhur beysbolçu Aleks Rodriges dünya şöhrətli aktrisa və müğənni Cennifer Lopeslə nişanlanıb.

Son.az fanat.az-a istinadən xəbər verir ki, idmançı nişanlısına 4,5 milyon dollarlıq (7,65 milyon manat) briliyant üzüklə evlənmək təklifi edib.

49 yaşlı pop ulduz dünən 43 yaşlı nişanlısı ilə Mayamidə bir idman salonundan çıxarkən görüntülənib. Cennifer məşqdə belə nişanlısının verdiyi böyük və bahalı üzüyü barmağından çıxarmayıb. 


Xəbərə aid fotolar