Dunya Kubokunda gənc tamaşaçı: Gimnastların yarışını izləmək çox maraqlıdır


Digərləri 16 Mar 2019 13:50:00 237 0

Dunya Kubokunda gənc tamaşaçı: Gimnastların yarışını izləmək çox maraqlıdır

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda gimnastların çıxışlarını izlədikcə mən də mürəkkəb hərəkətləri etməyi öyrənmək istəyirəm.

Bakı. Cani Babayeva - Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda gimnastların çıxışlarını izlədikcə mən də mürəkkəb hərəkətləri etməyi öyrənmək istəyirəm. Bunu Trend-ə yarışları izləyən gənc tamaşaçı Nazənin Teymurova deyib. Tamaşaçı bildirib: "İdman gimnastikası ilə məşğul olmaq mənim arzum olub, məşqlərə getməyi sevirəm. Beynəlxalq yarışlarda iştirak etmək və gələcəkdə Olimpiya çempionu olmağı arzu edirəm". N.Teymurovanın sözlərinə görə, yarışlarda Azərbaycan gimnastlarına azarkeşlik edir: "Yarışları izləməyi çox sevirəm, bura Azərbaycan gimnastlarına azarkeşlik etmək üçün gəlmişəm. Onların necə çıxış etmələrini izləmək maraqlıdır, mən də onlar kimi mürəkkəb idman hərəkətləri etməyi öyrənmək istəyirəm".