Həbsdən buraxılan Vidadi Zeynalovun səhhətində problem yaranıb


Digərləri 16 Mar 2019 12:31:00 264 0

Həbsdən buraxılan Vidadi Zeynalovun səhhətində problem yaranıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (hazırda Nəqliyyat, Rabitə və Yyüksək Texnologiyalar Nazirliyi adlandırılır - red.) keçmiş aparat rəhbəri Vidadi Zeynalovun azadlığa çıxması ilə bağlı məlumat vermişdik.

Son.az xəbər verir ki, bizimyol.info azadlığa çıxan Vidadi Zeynalovla əlaqə saxlayıb. Telefonuna qardaşı Vahid Zeynalov cavab verib. O, hazırda qardaşının azadlıqda olduğunu, buna çox sevindiklərini, hazırda bütün qohum- əqrabalarının onlarda olduğunu, Vidadi Zeynalovla görüşdüklərini bildirib.

"Vidadi hazırda bizdə olan bütün qohum-əqrabalarla görüşür. Allah bütün həbsdə olanların qapısını açsın. Sabunçu Rayon Məhkəməsinin qərarı ilə şərti olaraq azadlığa buraxılıb. Cəza müddətinin bitməsinə 7 ay qalmışdı".

Vidadi Zeynalovun cəzadan tamamilə azad olunması üçün məhkəməyə müraciət olunub-olunmayacağı haqda suala Vahid Zeynalov belə cavab verdi: "Bundan sonra da məhkəməyə müraciət etmək fikrimiz yoxdur".