Şimali koreyalılar inqilaba hazırlaşır?


Dünya 16 Mar 2019 10:47:00 168 0

Şimali koreyalılar inqilaba hazırlaşır?

Şimali Koreyada  iqtidarla mübarizə aparan "Cheollima Civil Defense" adlı gizli təşkilat fəaliyət göstərir. Bu təşkilat eyni zamanda "Free Joseon" adı ilə tanınır.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu haqda Washington Post məlumatlı mənbəyə istinadən informasiya yayıb.

Mənbənin iddiasına görə, gizli təşkilatın başçılca məqsədi Kim Çen In və onun qurduğu diktatura rejimini devirməkdir. Mart ayında qrup müraciət yayaraq, ölkədə və ya ölkə xaricində yaşayan koreyalıları istənilən vasitə ilə In hakimiyyətinə qarşı mübarizə aparmağa çağırıb.

Təşkilat üzvləri artıq müvəqqəti hökumət də formalaşdırıb, Pxenyanda mərkəzləşən rejimin devrilməsindən sonra hakimiyyətə gələcək.

"Cheollima" təşkilatının fəalları artıq bir müddətdir ki, aktiv fəalliyyətə keçib. Fevralın 22-də təşkilatın üzvləri KXDR-in Madriddəki səfirliyinə hücum etmişdi. Onlar binaya daxil olaraq əməkdaşların əllərini bağlamış, texnikanı, o cümlədən kompüterləri talan etmiş, iki maşında aradan çıxmışdılar.