Kür çayının üzərindən keçən körpünün təmirdən sonra açılışı olub


Digərləri 16 Mar 2019 10:32:00 290 0

Kür çayının üzərindən keçən körpünün təmirdən sonra açılışı olub

Salyan rayonunda Kür çayının üzərindən keçən körpünün açılış mərasimi baş tutub.

Bakı. Ceyhun Ələkbərov - Salyan rayonunda Kür çayının üzərindən keçən körpünün açılış mərasimi baş tutub. Trend-in məlumatına görə, 25 il bundan əvvəl tikilib istifadəyə verilən körpü ötən il iyun ayının 1-dən əsaslı təmirə dayandırılmışdı. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nəzarəti ilə yenidən qurulan körpü bu gündən vətəndaşların istifadəsinə verilib.