"Əsgərə xatirə kitabı" layihəsi əsgərin xatirində əbədi qalacaq FOTO


Digərləri 16 Mar 2019 09:54:00 266 0

"Əsgərə xatirə kitabı" layihəsi əsgərin xatirində əbədi qalacaq  FOTO

Əsgər Vətənə canın verər, əvəzində vətəndaşdan qəlbində yer istər.

Vətənin keşiyini çəkən, soyuq, isti, yağış, boran bilmədən səngərdə ayıq-sayıq dayanan, vəzifəsi Vətənə xidmət olan və xidmət etdiyi Vətənə canını fəda etməyə hazır olan Azərbaycan əsgəri! Bu ad uca adlardan biri, bu ad qürurumuz, fəxrimizdi. Bu adı şərəflə daşıyan oğulları hər birimiz sevməli və dəyərləndirməliyik.

Son.az xəbər verir ki, Azərbaycan əsgərinə artıq 3 ildir ki, dəyər verən, onu Novruz bayramında yad edən və yanında olan "Əsgərə xatirə kitabı" adlı bir layihə icra olunmaqdadır. Bu layihənin müəllifi kimdir? Azərbaycan Alpaqut Federasiyasının birinci vitse prezidenti, Bakı Texniki-Hümanitar liseyin tədris işləri üzrə direktor müavini, YAP Xətai rayon qadınlar Şurasının sədr müavini - bunları davam etmək də olar və yaxud bunların əvəzinə vətəndaş Nuranə Şixəliyeva da yazmaq olar.  Bəli, "Əsgərə xatirə kitabı" layihəsinin müəllifi və bu layihə çərçivəsində təşkil olunan tədbirlərin təşkilatçısı cəmiyyətdə yüksək vətəndaşlıq mövqeyi ilə seçilən Nuranə Şixəliyevadır. Yuxarıda qeyd etdiyim kimi artıq üçüncü ildir ki, bu layihə çərçivəsində hər ilin bu ayı Novruz bayramı ərəfəsində, çərşənbə günlərinin birində Nuranə xanımın rəhbərliyi ilə böyük bir heyət qəhraman Azərbaycan Ordusunun işğaldan azad etdiyi Lələ Təpəyə səfər edir və orada xidmət edən zabit və əsgərlərlə görüş keçirilir. Bu ildə sözügedən layihə çərçivəsində Nuranə Şixəliyevanın rəhbərlik etdiyi böyük bir qrup işğaldan azad edilmiş Lələ Təpə yüksəkliyinə səfər etmişlər. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən başlayan səfər ön xətdə xidmət edən əsgərlərlə görüşlə başa çatmışdı. 

Görüş zamanı nümunəvi xidmətinə görə fərqlənən əsgərlərə Azərbaycan Alpaqut Federasiyası və Bakı Texniki-Hümanitar liseyin adından fəxri fərmanlar, hədiyyələr və bayram sovqatı təqdim edilib. Əsgərlərə təqdim olunan ən böyük hədiyə isə kitablar olub. Adından göründüyü kimi bu layihənin əsas məramı əsgərlərin asudə vaxtlarınının səmərəli təşkili, onlarda vətənpərvərlik ideyalarının aşılanması məqsədi ilə vətənpərvərlik mövzusunda yazılmış kitabları onlara hədiyə etməkdir. Bunlardan başqa əsgər üçün ən qiymətli hədiyə əziz günlərdə onu yad etmək, ona dəyər vermək, ona sevgini göstərməkdir. Bəli, Nuranə Şixəliyeva bu dəyəri, bu sevgini Azərbaycan əsgərinə nümayiş etdirir. Əsgər Vətənini elə sevir ki, sonunda canını da fəda etməkdən çəkinmir. Əsgər bu sevginin, bu fədakarlığın əvəzindən vətəndaşın qəlbində yer istər. Nuranə xanım kimi ziyalılar isə öz qəlblərində Azərbaycan əsgəri üçün uca bir abidə ucaldır və bunu əməli ilə sübut edir. 


Xəbərə aid fotolar