Madrid merinin evi qarət olundu


Dünya 16 Mar 2019 07:16:00 197 0

Madrid merinin evi qarət olundu

Madrid şəhərinin meri Manuela Karmenanın evini qarət ediblər.

Trend-in məlumatına görə, hadisə San-Rafael qəsəbəsində baş verib. İki nəfər (kişi və qadın) Gudilyos və San-Rafael qəsəbələrində bir neçə evi qarət ediblər və onların arasında paytaxt merinin evi olub.