Bu bitkinin sağlamlığa faydaları sonsuzdur İKİ ADI VAR


Digərləri 15 Mar 2019 22:47:00 251 0

Bu bitkinin sağlamlığa faydaları sonsuzdur  İKİ ADI VAR

Badyan (ulduz anasonu) ətirli şərq ədviyyatıdır. Badyanın toxumlarından bir çox məqsədlərlə istifadə edilir.  

Bu bitki yalnız qiymətli ədviyyat bitkisi hesab olunmur, həmçinin, xalq təbabətində də geniş istifadə edilir. 

Badyan bir çox ədviyyatlar kimi, çox sayda faydalı xüsusiyyətlərə malikdir. 

Son.az medicina.az-a istinadən badyanın faydalı xüsusiyyətlərini sadalayır: 

1. Badyanın tərkibində kalium, maqnezium, dəmir, kalsium, sink, mis, fosfor, B qrupu və A, C vitaminləri var. Bu ədviyyatda olan şikim turşusu bir çox qrip dərmanlarının tərkibinə daxil edilir.  Əgər bu ədviyyatdan kulinariyada mütəmadi istifadə edilərsə, o zaman mövsümi qrip xəstəliklərindən qorunmaq mümkündür. 

2. Bu ədviyyatın az miqdarda davamlı istifadəsi bağırsaqların peristaltikasını təmin edir, köpməni aradan qaldırır, mədə və bağırsaq ağrılarını yox edir. Amma həddən çox istifadə edilən zaman daha çox oyandırıcı təsir göstərir. 

3. Badyanın gümrahlaşdırıcı ətri stressi və depressiyanı aradan qaldırır. 

4. Badyan ana südünün ifrazını artırır. Amma hamilə qadınlarda bu ədviyyat esterogen sintezinə səbəb olur ki, bu, vaxtından əvvəl doğuşa gətirib çıxara bilər. 

5. Badyanın efir yağının tərkibində olan faydalı qətranlar, tanin, terpen maddələri oynaq ağrılarını, qıcolmaları və şişkinlikləri aradan qaldırır. 

6. Bu ədviyyat boğaz ağrısını effektli şəkildə müalicə edir, səsi açır və öskürəyi aradan qaldırır.