Bu qadınlara cinsi əlaqə qadağandır! GİNEKOLOQ AÇIQLADI


Digərləri 15 Mar 2019 22:28:00 233 0

Bu qadınlara cinsi əlaqə qadağandır!  GİNEKOLOQ AÇIQLADI

Qadınları ən çox maraqlandıran suallardan biri də hamiləlik zamanı cinsi əlaqədə olmağın mümkün olub-olmadığıdır. 

Bəs, hamiləlik zamanı cinsi əlaqədə olmağın dölə və ya hamiləliyə zərərləri varmı? Adətən, qadınları hamiləliklərinin ilk dövrlərində vaxtaşırı cinsi əlaqədə olmağı arzulayırlar. Hamiləlik zamanı gərgin vəziyyətdə olan qadının psixoloji durumunun normal olması üçün bu, vacib amillərdən sayılır. 

Son.az bildirir ki, medicina.az bu mövzu ilə bağlı ginekoloq Mehriban Musayevadan açıqlama alıb.

- Hamiləlik zamanı cinsi əlaqədə olmaq çanaq dibi əzələləri və uşaqlıq üçün yaxşı gimnastikadır. Buna görə də hamilə qadınların sekslə məşğul olmaları  onların doğuşa hazırlaşmalarına komək olur.    

- Amma bəzi hallarda bu zövqdən imtina etmək tələb olunur. Buna səbəb cinsi əlaqədə olmağın çox zaman hamiləlik üçün təhlükə yaratmasıdır.