Sosial şəbəkədə qızları fahişəliyə cəlb edən gəncdən


Digərləri 15 Mar 2019 21:18:00 222 0

Sosial şəbəkədə qızları fahişəliyə cəlb edən gəncdən

Facebook sosial şəbəkəsində insanlara hədə-qorxu gələrək pul tələb edən, qızları fahişəliyə cəlb edən Faiz Bastrakovun barəsində həbs qətimkan tədbirinin uzadılması barədə istintaq orqanının təqdimatına baxılıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, istintaq orqanını təqdimatı təmin olunub və Faiz Bastrakovun barəsində həbs müddəti 2 aya qədər artırılıb.

İttihama görə, Bakı şəhər sakini Faiz Bastrakov Facebook sosial şəbəkəsində insanlara hədə-qorxu gələrək pul tələb edərək qızları fahişəliyə cəlb etməkdə təqsirli bilinib və ötən ilin dekabrın əvvəlində Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Müəyyən edilib ki, Faiz Bastrakov guya işə götürən şəxs adından sosial şəbəkədə elan verib, qızlara sərfəli iş və yaxşı maaş təklif edib. Elandakı bütün bu yönəltmələr adi bir tələ yemi olub.

Faiz Bastrakov sadəcə, qızları və qadınları iş haqda "söhbət" adı ilə aldadıb, tora salıb və onları nikahsız birgə yaşayışa sövq etməyə çalışıb.