Rövşən Əsgərov: "Rusiya pasportum var, ancaq Ermənistana buraxmazlar"


Digərləri 15 Mar 2019 20:59:00 240 0

Rövşən Əsgərov: "Rusiya pasportum var, ancaq Ermənistana buraxmazlar"

"Kim?, Nə? Harada?" klubunun əfsanəvi üzvü, oyunun "Birinci kanal"da (Rusiya) yayımlanan televiziya versiyasında 20 il iştirak etmiş azərbaycanlı zəka, "Baku" adlı Moskva jurnalının ictimai əlaqələr üzrə direktoru Rövşən Əsgərov "Sports.ru" saytına müsahibə verib.

Son.az Oxu.az-a istinadən bildirir ki, o, müsahibədə "Sport-Ekspress" jurnalının redaksiyasında işlədiyi müddətdə (2001-2007) ən qeyri-adi səfəri ilə bağlı xatirələrini bölüşüb.

"Ən çox xoşuma gələn əhvalatdır. Xizək çempionatı üçün İtaliyaya səfər edirdik, Moskvadan çıxan təyyarə ilə Ermənistan yığması da uçurdu. Təyyarə İtaliyada eniş etdi, düşdük, bizi Alp dağlarında yerləşən hotelə aparmalı idilər. 

Yükümüzü artıq almışdıq, ancaq ayaq üstdə gözləyirdik. Soruşuram: "Niyə getmirik?", "Ermənistan yığmasının problemləri çıxıb" deyə cavab verdilər. Nəqliyyat vasitəsi isə bizdə ümumi idi.

Əməkdaşlara yaxınlaşıb, məsələni aydınlaşdırmağa çalışdım. Məlum oldu ki, baqajın bir hissəsini itiriblər. Başqa bir problem italyanların erməni, ermənilərin isə italyan dilində danışa bilməməsi idi.

Ermənistan tərəfi ingiliscə bir kəlmə anlamır, ancaq almanca danışırlar. Onlar demək istədiklərini tərcümə edə biləcək birini gözləyirlər. Düşünürəm: "Hər halda onlar rusca danışa bilirlər, mən isə ingiliscə".

Mənim vasitəçiliyimlə razılığa gəldilər, məsələ həllini tapdı. Onlara söz verdilər ki, bütün yükləri çatdıracaqlar. Rusiya yığmasının avtobusuna əyləşmişdim ki, bir italiyalı yaxınlaşdı. "Siz ermənilərin olduğu avtobusda gedə bilərsiniz? Sizdən başqa heç kim erməni dilində danışa bilmir?"

Mən bunu normal qəbul etdim. Siz stereotiplərlə yaşayırsınız. Milli hekayələr o qədər də ağıllı olmayan insanlar üçün spekulyasiyadır", - deyə Əsgərov xatırlayıb.

O bildirib ki, sonuncu dəfə Ermənistanda 1981-ci ilin yayında olub.