Ermənistan polisi vətəndaşların telefonlarını dinləyəcək


Digərləri 15 Mar 2019 20:09:00 200 0

Ermənistan polisi vətəndaşların telefonlarını dinləyəcək

Ermənistan Polisinə vətəndaşların gündəlik telefon söhbətlərini dinləmək hüququ veriləcək.

Son.az Azvision.az-a istinadən xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyanın lideri olduğu "Mənim addımım" fraksiyasının deputatı, Yol Polisinin keçmiş əməkdaşı Armen Xaçatryan "Operativ-axtarış fəaliyyəti haqqında" qanuna dəyişiklik edilməsi təşəbbüsü ilə çıxış edib.

Hazırda qüvvədə olan qanunvericiliyə görə, telefon söhbətlərinin dinlənilməsi hüququna müstəsna olaraq yalnız Ermənistanın Milli Təhlükəsizlik Xidməti malikdir. Lakin deputat tələb edib ki, eyni səlahiyyət Ermənistan Polisinə də verilsin.