“İçərişəhər"də Novruz festivalı


Digərləri 15 Mar 2019 19:49:00 226 0

“İçərişəhər"də Novruz festivalı

"İçərişəhər"də "Bahar Qalası" festivalı keçirləcək.

Son.az Trend-ə istinadən bildirir ki, 20-26 mart tarixlərində baş tutacaq festivalda siz sehrli bir aləmə düşəcəksiniz.

Qoşa Qala meydanındakı dekorasiyalar qonaqları Bakımızın keçmişinə səyahətə aparacaq.

Ənənəvi olaraq təşkil edilən konsert proqramı festival ərzində hər gün saat 12:00-dan axşam saat 18:00-a qədər davam edərək, tamaşaçılara həm milli, həm də digər xalqların nümayəndələrinin ifasında Novruz ənənəsinə sadiq olaraq bir-birindən fərqli rəqslər və nəğmələr təqdim edəcək, estradamızın ulduzlarının ifasında sevilən mahnılar səslənəcəkdir.

Festival müddətində İçərişəhərin hər bir guşəsi çıraqban olacaqdır. Qüllə küçəsi boyunca səkiləri bəzəyəcək xalçalar, onların üzərində qoyulacaq incəbelli səmənilər, rəngbərəng yumurtalar sizə özünüzü evinizdəki kimi hiss etdirəcək, keçiddə canlandırılacaq opera səhnəcikləri izləyənlərdə sehrli bir nağıl təəssüratı yaradacaq.


Xəbərə aid fotolar