Səfir: Cənubi koreyalı idmançılar şəhərdən və turnirdən çox razıdır


Digərləri 15 Mar 2019 18:49:24 244 0

Səfir: Cənubi koreyalı idmançılar şəhərdən və turnirdən çox razıdır

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda iştirak edən cənubi koreyalı idmançılar şəhərdən və turnirdən çox razıdır

Bakı. Cani Babayeva, Sara İsrafilbəyova - Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda iştirak edən cənubi koreyalı idmançılar şəhərdən və turnirdən çox razıdır. Bunu Trend-ə Cənubi Koreyanın Azərbaycandakı səfiri Kim Tonq Op deyib. Səfir Milli Gimnastika Arenasında ilk dəfə olduğunu bildirib: “Mən bu dəvətə görə, Azərbaycan Gimnastika Federasiyasına minnətdaram. Bu gözəl arenaya mən ilk dəfə gəlmişəm. Onu da demək istəyirəm ki, turnir çox maraqlıdır”.