Ərinin Aysellə eşq yaşadığını deyən qadın


Digərləri 15 Mar 2019 18:04:00 280 0

Ərinin Aysellə eşq yaşadığını deyən qadın

13 illik əri Elçin Nəcəfovun müğənni Aysel Əlizadə tərəfindən əlindən alındığını iddia edən Turanə Nəcəfova bəzi qaranlıq məqamlara aydınlıq gətirib.

Son.az xəbər verir ki, Turanə hər şeyi olduğu kimi efirdə danışıb:

"2017-ci il fevralın 7-si mən xəbər tutdum ki, yoldaşım artıq məhkəməyə müraciət edib. Onda artıq ayrı yaşayırdıq. Amma bilmirdim ki, ayrılmaq üçün məhkəməyə verib. Məhkəmədən məktub gəldi, məhkəmə məni çağırdı. Mən də qarşılıqlı olaraq iddia ərizəmlə məhkəməyə müraciət etdim. Məhkəmə həmin ilin noyabr ayının 8-i yekunlaşdı. Qətnamədə "İki azyaşlı qızlar anasında qalsın" qərarı çıxarıldı. Qızım zeynəbi özü ilə Gürcüstana apardı. Yanvarın 6-sı gəldi. Dedim qızım hanı. Dedi ki, "Zeynəb yoxdur, daha gəlməyəcək. Səni istəmir. Balaca qız Mədinəni də götür get". Dedi "Sən özün də bilirsən ki, mənim başqa sevdiyim qadın var. Mən artıq səni istəmirəm, evdən çıx". Mən də "Mən çıxmıram, övladım haradadır gətir. Mən övladımla bu evdə oturacam, siz özünüz çıxın".


Xəbərə aid foto