PA: Çoxmənzilli binalardakı mənzillərin 70 faizində artıq sakinlər məskunlaşıb


Digərləri 15 Mar 2019 17:29:00 248 0

PA: Çoxmənzilli binalardakı mənzillərin 70 faizində artıq sakinlər məskunlaşıb

"Hazırda Azərbaycanda 330 çoxmənzilli binada 70 minə yaxın mənzil var ki, həmin mənzillərin 70 faizində artıq insanlar məskunlaşıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının iqtisadi məsələlər üzrə köməkçi xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev jurnalistlərə açıqlamasında deyib.

F.Mustafayevin sözlərinə görə, hazırda Gəncədə 13, Sumqayıtda 13, Abşeron rayonunda 36 bina var. Fövqəladə Hallar Nazirliyinə onların hamısında yoxlama aparılması barədə tapşırıq verilib.

PA rəsmisi qeyd edib ki, fevralın 19-da Prezident İlham Əliyevin bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında imzaladığı fərman bütün respublikaya şamil edilir və sənəd yaşayış binalarına aiddir: "İnsanların uzun müddət yaşadığı və istismara qəbul olunmayan çoxmənzilli binaların rəsmi olaraq istismara qəbul edilməsi nəzərdə tutulur".