“ADA” Universiteti və “Azərbaycan Sənaye Korporasiyası” ASC iqtisadiyyat və biznes sahəsində gənc istedadları birgə dəstəkləyəcək FOTO


Digərləri 15 Mar 2019 16:04:00 273 0

“ADA” Universiteti və “Azərbaycan Sənaye Korporasiyası” ASC iqtisadiyyat və biznes sahəsində gənc istedadları birgə dəstəkləyəcək  FOTO

"Azərbaycan Sənaye Korporasiyası" ASC və "ADA" Universiteti arasında anlaşma Memorandumu imzalanıb.

Son.az xəbər verir ki, ASC-dən Trend-ə verilən məlumata görə, sənədi universitetin icraçı prorektoru Fariz İzmayılzadə və Korporasiyanın baş direktoru Kamran Nəbizadə imzalayıblar.

Universitetin icraçı prorektoru F.İzmayılzadə imzalanan anlaşmanın tələbə və məzunların məşğulluq imkanları, eləcə də elm ilə özəl sektor arasında praktiki əlaqələrin genişləndirilməsi istiqamətində əhəmiyyət daşıdığını bildirib.

Korporasiyanın baş direktoru K.Nəbizadə qarşıda duran vəzifələrin həllində ixtisaslı və peşəkar kadrların çatışmazlığı əsas çətinliklərdən biri olduğunu vurğulayaraq, qeyd edib ki, imzalanan sənəd ilk növbədə istedadlı gənclərin işlə təmin olunmasına xidmət etməlidir.


Xəbərə aid fotolar