Yeni Zelandiya məscidlərinə hücumlarda erməni izi


Dünya 15 Mar 2019 15:32:00 248 0

Yeni Zelandiya məscidlərinə hücumlarda erməni izi

Yeni Zelandiyada məscidlərdə ibadət edən müsəlmanları kütləvi şəkildə qətlə yetirmiş terrorçuların silahlarında erməni dilində yazı olub.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, terrorçulardan biri - 28 yaşlı Brenton Tarrant törətdiyi qətliamı 17 dəqiqə ərzində sosial şəbəkədə canlı yayımlayıb. Videoda silah və sursatlar üzərində müxtəlif dillərdə, o cümlədən, erməni, ispan, ingilis, serb və polşa dillərində yazılar görmək olur.

Yazılarda real insanların adları, anti-türk eyhamı olan tarixi hadisələrin təqvimi göstərilib.  Xüsusilə bir avtomatın üzərində olan "Սարիղամիշի Ճակատամարտ" - "Sarıqamış döyüşü" yazısı diqqət çəkir.


Xəbərə aid foto