Dövlət Miqrasiya Xidmətinin rəisi uşaqlara qan verdi FOTO


Digərləri 15 Mar 2019 14:19:00 459 0

Dövlət Miqrasiya Xidmətinin rəisi uşaqlara qan verdi  FOTO

Dövlət Miqrasiya Xidmətinin (DMX) mərkəzi aparatında Xidmətin yaradılmasının 12-ci il dönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı ərəfəsində qanvermə aksiyası keçirilib.

DMX-dan Son.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq təşkil edilən qanvermə aksiyasında Dövlət Miqrasiya Xidmətinin 170 əməkdaşı iştirak edib.

Dövlət Miqrasiya Xidməti ilə Azərbaycan Talassemiya Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən aksiyanın məqsədi talassemiya və digər irsi qan xəstəliyindən əziyyət çəkən insanlara, xüsusən, uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.

Qeyd edək ki, Bahadur Eyvazov adına Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürüblər.


Xəbərə aid fotolar