Kəndlilərə güzəştli şərtlərlə gübrə satışı həyata keçirilib FOTO


Digərləri 15 Mar 2019 13:29:00 233 0

Kəndlilərə güzəştli şərtlərlə gübrə satışı həyata keçirilib  FOTO

Fevral ayından etibarən "Aqrolizinq" ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

kənd Təsərrüfatı Nazirliyindən Son.az-a verilən məlumata görə, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Şəki, Oğuz, Göyçay, Sabirabad, Ismayilli, Astara, Biləsuvar,Saatlı rayonlarının ardınca növbəti səyyar satış mart ayının 14-də Kürdəmir rayonunun Karrar qəsəbəsində baş tutub.

Bu rayona yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlanıb.


Xəbərə aid fotolar