Novruz Məmmədov: "Azərbaycana turist axınının artması bu sahənin inkişafından xəbər verir"


Digərləri 15 Mar 2019 13:03:00 221 0

Novruz Məmmədov: "Azərbaycana turist axınının artması bu sahənin inkişafından xəbər verir"

Azərbaycana turist axınının artması bu sahənin inkişafından xəbər verir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazir Novruz Məmmədov Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci il üzrə hesabatını təqdim edərkən deyib.

N.Məmmədov bildirib ki, ötən il Azərbaycanda səhiyyənin inkişafına, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, müasir avadanlıqlarla təmin edilməsinə böyük diqqət ayrılıb, 47 tibb müəssisəsində təmir-tikinti işləri aparılıb.

Baş nazir turizm sahəsinin inkişaf etdiyini də diqqətə çatdırıb: "Ötən il ərzində Azərbaycana gələn xarici turistlərin sayının artaraq 2,8 miyon nəfərə çatması bu sahənin inkişaf etməsindən xəbər verir".