Ərdoğandan ABŞa cavab: “Geriyə addım atmayacağıq”


Dünya 15 Mar 2019 12:48:00 234 0

Ərdoğandan ABŞa cavab: “Geriyə addım atmayacağıq”

ABŞ-ın təzyiqlərinə baxmayaraq, Ankara Rusiyanın "S-400" zenit-raket komplekslərinin tədarükü məsələsində geri addım atmaq fikrində deyil. 

Son.az azvision.az-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Haberturk" telekanalına müsahibəsində deyib. "Biz bu məsələni ("S-400"lərin alışını) bitirmişik. Geri addım atmaq barədə söz ola bilməz. Rusiya bu ilin iyulunda zenit-raket komplekslərinin tədarükünə başlayacaq", - Ərdoğan vurğulayıb.