Rəqsanə FOTOları barədə: "Özüm bilmirəm, qızıma göndərirəm ki fotoşop etsin"


Şou-biznes 15 Mar 2019 12:30:00 313 0

Rəqsanə FOTOları barədə: "Özüm bilmirəm, qızıma göndərirəm ki fotoşop etsin"

Müğənni Rəqsanə İsmayılova son günlər xeyli arıqlamasının səbəbini açıqlayıb

.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi "Şou news" verilişinə açıqlamasında dərmanla artıq çəkidən xilas olduğunu etiraf edib. Rəqsanə şəkillərini fotoşop etməsi iddialarına da cavab verib:

"Bütün xanımlar soruşurlar ki, əməmliyyat etmisən? Deyirlər ki, şəkildə bədənimi korreksiya edir, özümü kəsir, pomada vururam. Mən bunların heç birini bilmirəm. Mənə nəsə lazım olanda ya Aysuna, ya Yağmura göndərirəm ki, fotoşop edin. 

Arıqlamaq üçün ciddi pəhriz saxlayıram: yemək yemirəm. Həm də dərman istifadə edirəm. Hər gün çay içir, pomidor-xiyar yeyirəm. Həftədə bir dəfə ya xəngəl, ya badımcan-dolması yeyirəm. Hazırda 60 kiloqramam, 20 kiloqram arıqlamışam".


Xəbərə aid fotolar