İlin ən iyrənc cinayəti: 4 yaşlı oğlunu zorlayıb videoları


Digərləri 15 Mar 2019 12:03:00 254 0

İlin ən iyrənc cinayəti: 4 yaşlı oğlunu zorlayıb videoları

Ukraynada "ilin ən iyrənc cinayəti" adlandırılan olay yaşanıb. 26 yaşlı qadın 4 yaşlı oğluna mütəmadi təcavaüz edib, cinsi əlaqələrin videolarını çəkərək satıb.

Son.az Ukrİnform-a istinadən bildirir ki, olay Vinnitsa şəhərində yaşanıb. Qadın pornoqrafik məzmunlu videoları internetdə sataraq pul qazanırmış.

Əvvəllər pornoqrafik filmlərə çəkilmiş bu qadın sonradan 4 yaşlı oğluna təcavüz etməklə iyrənc görüntüləri videokamera ilə çəkib və "biznes" qurub.

Ukrayna Milli Polisindən verilən məlumata görə, o, internetdə uşaqbazların və pedofillərin toplaşdığı qapalı forumlarda indiyədək 30-dan çox belə video və foto satıb.

Qadın oğlu 2 yaşında olanda övladına ilk dəfə təcavüz edib.


Xəbərə aid fotolar