Yekaterinburqdan Bakıya daha bir reys açılacaq


Digərləri 15 Mar 2019 11:15:00 207 0

Yekaterinburqdan Bakıya daha bir reys açılacaq

Rusiyanın Yekaterinburq şəhərindən Azərbaycanın paytaxtı Bakıya yeni reys açılacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, iyunun 18-dən "İrAero" aviaşirkəti tərəfindən Koltsovo aeroportunda Bakıya daha bir reys təşkil ediləcək.

Təyyarələr Uralın paytaxtından çərşənbə axşamları saat 17:30-da uçacaq, saat 12:30-da isə Heydər Əliyev Beynəlxalq Hava Limanından geri dönəcək. Uçuşlar 103 yerlik "Sukhoi Superjet 100" təyyarələri ilə həyata keçiriləcək, 3 saat davam edəcək.

Yeni aviareysin açılması ilə Yekaterinburqdan Azərbaycana birbaşa reyslərin sayı həftədə 3-ə çatacaq.