Yeni Zelandiyada iki məscid qan gölünə döndü: 28 ölü,


Dünya 15 Mar 2019 09:19:00 255 0

Yeni Zelandiyada iki məscid qan gölünə döndü: 28 ölü,

Yeni Zelandiyada iki məsciddə gülləbaranlarda 28 nəfər həlak olub.

Son.az Daily Mail-ə istinadən bildirir ki, silahlı şəxslər Kraystçörç şəhərinin Dins Avenyu və Linvud Avenyu küçələrindəki iki məscidə soxularaq atəş açmağa başlayıblar. Gülləbaran gündüz namazından sonra törədilib.

"Linwood Masjid" və "Al Noor Mosque" məscidlərindəki gülləbaranlarda onlarla yaralı var.

Polis hücumda şübhəli bilinən 4 nəfəri - 3 kişini və 1 qadını saxlayıb. Onlardan biri Avstraliya vətəndaşı olan 28 yaşlı Brenton Tarrantır.

Tarrant 17 dəqiqə ərzində məsciddəki gülləbarandan canlı yayım edib. O, cinayəti törətməzdən əvvəl sosial şəbəkələrdə 37 səhifəlik "manifest" yayıb.