Çin dünyanın ən böyük sığorta bazarına çevriləcək


Dünya 15 Mar 2019 06:41:00 223 0

Çin dünyanın ən böyük sığorta bazarına çevriləcək

Çin 2030-cu illərin ortasında ABŞ-ı qabaqlayaraq, dünyanın ən böyük sığorta bazarına çevriləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu məlumat "Swiss Re" analitika təşkilatının hesabatında yer alıb. Bildirilir ki, 2013-cü ildən 2017-ci ilədək Çində həyat sığortasının orta artımı 17 faiz, digər sığorta sahəsində isə artım 16 faiz olub. Qarşıdakı illərdə bu rəqəmlərin nisbətən azalmaq ehtimalı olsa da, Çinin dünyanın ən böyük sığorta bazarına çevrilməsinə mane olmayacaq.