Çində ənənəvi yanacaqla işləyən avtomobillərin satışı qadağan ediləcək


Dünya 15 Mar 2019 01:14:00 250 0

Çində ənənəvi yanacaqla işləyən avtomobillərin satışı qadağan ediləcək

Çinin cənubundakı Xaynan adasında 2030-cu ildə ənənəvi yanacaq növləri ilə (benzin, dizel, maye qaz) işləyən avtomobillərin satışı dayandırılacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yerli hökumət bu addımla Çinin turizm bölgəsi olan adanı "ekoloji nümunəvi zona"ya çevirmək istəyir.

Xaynan Çində 2017-ci ildə ənənəvi yanacaqla işləyən avtomobillərin satışının qadağan edilməsi ilə bağlı elan edilən planı yerinə yetirən ilk vilayət olacaq. Çin hökuməti bu planla həm ətraf mühitin qorunmasını, həm də idxal neftdən asılılığı azaltmağı hədəfləyib.