Bakıda avtomobillərin qiyməti kəskin bahalaşıb


Digərləri 14 Mar 2019 23:46:00 172 0

Bakıda avtomobillərin qiyməti kəskin bahalaşıb

Bakının avtomobil bazarında orta qiymət 13,27% bahalaşıb və 48,12 min manat təşkil edib.

Son.az oxu.az-a istinadən bildirir ki, "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimovun sözlərinə görə, bu ilin fevral ayında paytaxtın avtomobil bazarında 1,738 min avtomobil satışa çıxarılıb.

"Yanvar ayı ilə müqayisədə, avtomobil bazarında təkliflər portfeli 1,94% artıb. Satışa çıxarılan avtomobillərin böyük hissəsi, yəni 78,83%-i benzin mühərrikli avtomobillər olub. Dizel mühərrikli avtomobillər portfelin 21,17%-ni təşkil edib. Avtomat sürət qutusu ilə olan avtomobillərin payı 72,32%, mexaniki sürət qutusu olan avtomobillərin payı isə 27,68% təşkil edib", - deyə N.İbrahimov bildirib.

Onun sözlərinə görə, fevral ayında bazardakı avtomobillərin orta yürüş göstəricisi təxminən 145,839 min kilometr (azalma 3,17%) olub. Avtomobillərin orta yaşı 10 il olub ki, bu da cari ilin yanvar ayının göstəricisi ilə müqayisədə, 0,02% çoxdur.