Novruz ənənələri milli-mənəvi dəyərlərin təcəssümü kimi


Digərləri 14 Mar 2019 22:58:19 313 0

Novruz ənənələri milli-mənəvi dəyərlərin təcəssümü kimi

“Novruz ənənələri milli-mənəvi dəyərlərin təcəssümü kimi” mövzusunda elmi seminar keçiriləcək.

Bakı. Beynəlxalq Muğam Mərkəzində martın 15-də saat 12:00-da Beynəlxalq Muğam Mərkəzinin “Dəyirmi masa” layihəsi çərçivəsində “Novruz ənənələri milli-mənəvi dəyərlərin təcəssümü kimi” mövzusunda elmi seminar keçiriləcək. Mərkəzdən Trend-ə verilən məlumata görə, tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən gözəl bayramlardan biridir. Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərilməsi kimi sağlam bir təməl yaratmışdır. Azərbaycan Respublikasının birinci Vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində 2009-cu ildə Novruz bayramı YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməklə Azərbaycan mədəniyyətinin tarixinə daha bir parlaq səhifə yazılmışdır.