Qadın paltarı geyinmiş makiyajlı İŞİDçilər ələ keçdilər


Dünya 14 Mar 2019 20:29:00 245 0

Qadın paltarı geyinmiş makiyajlı İŞİDçilər ələ keçdilər

Sosial şəbəkədə İŞİD qruplaşmasına aid döyüşçülərin qurtulmaq üçün qadın cildinə girdiyini əks etdirən görüntü yayılıb.

Son.az Oxu.az-a istinadən bildirir ki, videogörüntünü Belçikadan olan müstəqil jurnalist Sotiri Dimpinudi "Twitter" səhifəsində paylaşıb.

Kadrlarda saxlanılan makiyajlı kişilərin qadın paltarı və üzərindən çarşab geyindiyini görmək olur.

Müəllifin dediyinə görə, terrorçular Fərat vadisində İŞİD-in nəzarətində olan sonuncu şəhər - Baquzadan qaçan zaman kürd döyüşçülər tərəfindən yaxalanıb.