Güneyli gənc qıza təcavüz və müəmmalı qətl…


Dünya 14 Mar 2019 20:19:00 248 0

Güneyli gənc qıza təcavüz və müəmmalı qətl…

Tehran Cəza Məhkəməsi güney azərbaycanlı Zəhra Nəvidpurun cinayət işi ilə əlaqədar Məlikan bölgəsinin İslami Şura Məclisindəki (İran parlamenti) millət vəkili Salman Xudadadi barədə hökm çıxarıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, məhkəmə millət vəkilinə qadına təcavüz ittihamı üzrə bəraət verib, lakin onu qeyri-məşru (şəriətə görə qanunsuz, icazəsiz) cinsi əlaqədə olmaqda günahlandıraraq, 2 il müddətinə vəzifədən uzaqlaşdırmaq, 2 il sürgün və 99 şallaq zərbəsindən ibarət cəza təyin edib.

Məhkəmənin hökmü qəti deyil, bu barədə Apelyasiya Məhkəməsinə etiraz edilə bilər.

Qeyd olunur ki, Z.Nəvidpur həyatda ikən 4 il müddətinə cinsi təcavüzə məruz qaldığına dair məhkəmə orqanlarına, insan hüquqları təşkilatlarına və kütləvi informasiya vasitələrinə bir çox sənədlər təqdim edib. Buna baxmayaraq məhkəmə Salman Xudadadi barədə cinsi təcavüzlə bağlı bəraət hökmü çıxarıb.