"Harri Potter"in ulduzu əlil arabasına məhkum olub FOTO


Digərləri 14 Mar 2019 15:52:00 500 0

"Harri Potter"in ulduzu əlil arabasına məhkum olub  FOTO

"Harri Potter" kinosaqasındakı "Haqrid" rolu ilə daha da məşhurlaşan 68 yaşlı britaniyalı aktyor Robbi Koltreyn dizlərindəki dözülməz ağrılardan əzab çəkir.

Son.az Daily Mail-ə istinadən bildiir ki, illərdən bəri bu mərəzə mübtəla olan aktyor cərrahiyyə əməliyyatına hazırlaşır. Aktyorun dediyinə görə, onun əlil arabasından qalxaraq yeriyə bilməsi üçün oynaqlarının funksiyaları bərpa olunmalıdır.

Paparassilər aktyoru Londondakı "St Pancras Renaissance Hotel"də haqlayıblar.

Əməliyyat ABŞ-da aparılacaq.


Xəbərə aid fotolar