Həsənağa Turabovun qızından Flora Kərimovaya cavab "Atam anamı nişanlı olaola qaçırdıb"


Şou-biznes 14 Mar 2019 15:08:00 299 0

Həsənağa Turabovun qızından Flora Kərimovaya cavab  "Atam anamı nişanlı olaola qaçırdıb"

Əfsanəvi xalq artisti Həsənağa Turabovun qızı Sevinc Turabova xalq artisti Flora Kərimovaya cavab verib.

Sənətkarın qızı "ölkə.az"ın əməkdaşı ilə söhbətində bildirib ki, atasının Flora Kərimovanın Həsənağa Turabovun onu sevməsi barədə dedikləri həqiqəti əks etdirmir:

"Atamın Flora Kərimovanı sevməsi ilə bağlı yaxın vaxtlara qədər nə mən, nə də ailəmiz eşitməyib. Atamla anam bir məktəbdə oxuyublar. Atam anamı sevib. İkincisi, Flora xanıma böyük hörmətim var, biz onun mahnıları ilə böyümüşük. Anam da ona hörmətlə yanaşır. İnanmaram ki, belə bir söhbət olub. Bütün qohumlar bilirdi ki, babam anamı atama vermək istəməyib, atam da anamı qaçırdıb. Anamla atam nişanlı olublar. Sonradan babam deyib ki, bakılıya qız vermirəm. Anam əslən Şuşadandır. Anamı qaçırandan sonra özlərinə "komsomol toyu" ediblər".