Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib FOTO


Digərləri 14 Mar 2019 13:10:00 306 0

Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  FOTO

Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kubokunun təntənəli açılış mərasimi keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, əvvəlcə turnirdə iştirak edən ölkələrin bayraqlarının paradı olub. Azərbaycanın Dövlət himni səsləndirilib.

Martın 17-nə qədər davam edəcək yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.

Həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku təqdim olunacaq.