Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib (FOTO)


Digərləri 14 Mar 2019 13:01:00 178 0

Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib (FOTO)

Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

Bakı. Cani Babayeva - Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kubokunun təntənəli açılış mərasimi keçirilib. Trend-in məlumatına görə, əvvəlcə turnirdə iştirak edən ölkələrin bayraqlarının paradı olub. Azərbaycanın Dövlət himni səsləndirilib. Martın 17-nə qədər davam edəcək yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq. Həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.