Nazir: "İran Azərbaycanla əməkdaşlığı maksimum genişləndirmək niyyətindədir"


Digərləri 14 Mar 2019 10:13:00 233 0

Nazir: "İran Azərbaycanla əməkdaşlığı maksimum genişləndirmək niyyətindədir"

İran Azərbaycanla əməkdaşlığı infrastruktur layihələrdən daha artıq genişləndirmək niyyətindədir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd ötən gecə Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportunda İRİB müxbirinə verdiyi açıqlamada deyib.

F.Dejpəsəndin sözlərinə görə, İranın Azərbaycanla çox uğurlu və tarixi əlaqələri vardır.

Bakıda Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 13-cü iclasının keçiriləcəyinə diqqət çəkən iranlı nazir iki ölkənin bəzi müştərək layihələrin icrasında çox yaxşı təcrübəsinin olduğunu deyib: