Xəzər rayonunda Qadın Resurs Mərkəzi açılıb (FOTO)


Digərləri 14 Mar 2019 10:14:00 242 0

Xəzər rayonunda Qadın Resurs Mərkəzi açılıb (FOTO)

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlığı əsasında Bakı şəhərinin Xəzər rayonunda Qadın Resurs Mərkəzinin açılış mərasimi keçirilib.

Bakı. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlığı əsasında Bakı şəhərinin Xəzər rayonunda Qadın Resurs Mərkəzinin açılış mərasimi keçirilib. Trend-in məlumatına görə, açılış mərasimində Xəzər Rayonu İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Rauf Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Katibinin Köməkçisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) Rəhbərinin Müavini və BMTİP-in Avropa və MDB üzrə Regional Bürosunun Direktoru xanım Miryana Spolyariç Eqqer, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin nümayyəndəsi xanım Simona Haeberli iştirak edib.