Motorolanın qatlana bilən smartfonu barəsində yeni məlumatlar yayıldı


Digərləri 14 Mar 2019 08:41:00 307 0

Motorolanın qatlana bilən smartfonu barəsində yeni məlumatlar yayıldı

Motorola şirkəti artıq özünün qatlana bilən smartfon modeli üzərində çalışdığını təsdiqləyib. İndi isə həmin smartfon modelinin özəllikləri barəsində yeni məlumatlar ortaya çıxıb. Əfsanəvi Motorola RAZR V3 smartfon modelinin müasir davamçısı olacaq smartfon barəsində məlumatları XDA-Developers saytının istifadəçiləri veriblər. Bu barədə Gizchina saytı xəbər verib. Beləliklə təqdim olunmuş yeni məlumatlar Motorola şirkətinin qatlana bilən smartfonunun kiçik xarici və böyük daxili ekrana sahib olacağını təsdiqləyirlər.

Son.az technote.az-a istinadən bildirir ki, xarici ekrandan sadəcə olaraq Moto Dsiplay, Moto Actions və Moto Camera kimi tətbiqlər üçün istifadə olunacaq. Burdan da belə qənaətə gəlmək olar ki, xarici ekranda bildirişlər, zaman, multimedia və kamera üzrə idarəetmə düymələri əks olunacaqlar. Tam açıq şəkildə xarici ekran sensorlu idarəetmə funksiyasını reallaşdıracaq. Bundan əlavə olaraq xarici ekranda smartfonun müxtəlif funksiyalarına sürətli keçidi reallaşdıracaq 6 ədəd düymə də yerləşə bilər.