Xiaomi Redmi 7 120$ dollardan baha satılmayacaq


Digərləri 14 Mar 2019 08:31:00 186 0

Xiaomi Redmi 7 120$ dollardan baha satılmayacaq

Xiaomi şirkətinin artıq müstəqil brendi kimi fəaliyyət göstərən Redmi özünün büdcəli Redmi 7 smartfon modelinin təqdimatına hazırlaşır. Məlumata əsasən bu smartfon Redmi seriyasının ən ucuz smartfon modeli olacaq. Xiaomi şirkətinin CEO-su Lei Jun isə Redmi 7 haqqında bəzi məlumatlar verib. Bu barədə Mydrivers saytı xəbər verib.

Son.az technote.az-a istinadən bildirir ki, Redmi 7 smartfnu infraqırmızı giriş hissəsi, 3.5 mm-lik audiogiriş hissəsi və geniş gəcmli batareya ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, sertifikatlaşdırma təşkilatı olan TENAA-nın məlumatlar bazasına əsasən Redmi 7 smartfonu 19:9 nisbətli 1520x720 piksel keyfiyyətli 6.26 düym IPS ekran, 1.8 GHz tezlikli prosessor, 12 MP-lik ikili arxa kamera, 8 MP-lik ön kamera və 3900 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.