Apple növbəti təqdimat tarixini açıqlayıb


Digərləri 14 Mar 2019 07:51:00 194 0

Apple növbəti təqdimat tarixini açıqlayıb

ABŞ şirkəti ənənəsinə sadiq qalaraq dəvət məktublarında növbəti təqdimatın tarixini, vaxtını və keçiriləcəyi yeri qeyd edib.   Son.az ICTnews-a istinadən bildirir ki, "Apple" martın 25-də Stiv Cobs Teatrında növbəti təqdimatını keçirəcək. Bu haqda jurnalistlərə göndərilmiş dəvət məktublarında qeyd edilib.   Sözügedən tədbir yerli vaxtla saat 10:00-da başlayacaq. Şirkət bir sıra yeni xidmətlərini, həmçinin öz istehsalı olan film və serialları nümayiş etdirəcək.   ABŞ şirkətinin yeni qurğular nümayiş etdirəcəyi də istisna edilmir. Bu, "AirPods 2", "iPad" və ya "AirPower" qurğuları ola bilər.