ŞOKA düşəcəyiniz ƏNƏNƏ: böyük qardaş özünə arvad seçir... FOTO


Digərləri 13 Mar 2019 23:09:00 272 0

ŞOKA düşəcəyiniz ƏNƏNƏ: böyük qardaş özünə arvad seçir...  FOTO

Fikir var ki, qadınlar monoqamdırlar, (tək partnyorluluğu sevən insan) amma kişilər təbiətcə müxtəlifliyin tərəfdarıdır. Lakin çoxərliliklə bağlı qədimdə olan, eyni zamanda hazırda da dünyanın bəzi yerlərində yaşayan ənənə bu fikirləri alt-üst edir.

Son.az bu baxımdan maraqlı faktları diqqətinizə çatdırır. Məsələn, Tibetdə qızı eyni vaxtda bir ailənin bütün qardaşlarına ərə vermək normal qəbul olunan hallardandır. Belə qeyri-adi münasibətlər maddi rifahın təminatçısıdır, çünki oğlan evinin əmlak bölgüsü kimi bir problemi qalmır yaxud qazanılan vəsait eyni nəsilin tərkibində dövr edir, bir ailəyə xərclənir.

Əlbəttə ki, bizim üçün Tibetin poliqamik (çoxərli yaxud çoxarvadlı ailə) ailələri xeyli təəccüb doğurur. Oturuşmuş ənənəyə görə ailənin böyük oğlu özünə arvad seçir və kiçik qardaşları da qeyri-ixtiyari olaraq bu arvadın əri olurlar. Əlbəttə ki, qadın üçün ərlərin çox olması böyük uğur sayılır, çünki bu, o deməkdir ki, qızın ailəsi zəngin olacaq. Əgər bir kişi öz həyatını başqa bir qadına həsr etmək istəyərsə, hansısa bir səbəbdən ümumi arvadı qəbul etməzsə, o zaman o, payına düşən öz şəxsi əmlakından tamamilə imtina etməlidir.

Qadınları isə, bu münasibətlər modeli tam qane edir. Arvad ərlərinin hər birinə müxtəlif hisslər bəsləyir, kişilər isə ona yarınmaq üçün çalışır. Hansı kişi ailə rifahı naminə daha çox çalışarsa, onun "sevimli" statusunda olmaq şansı daha böyükdür. Əgər hər hansı bir ər ümumi rifah naminə səy göstərməzsə, bu zaman arvad, hətta onu evdən qova da bilər. Düzdür, bunun üçün əvvəlcədən qayınanası ilə söhbət baş tutmalıdır, bəlkə "fərsiz oğul"un anası gəlindən xahiş edəcək ki, onu bağışlasın.


Xəbərə aid fotolar