Damarları qocalana qədər sağlam saxlamaq istəyənlər üçün


Digərləri 13 Mar 2019 22:14:00 226 0

Damarları qocalana qədər sağlam saxlamaq istəyənlər üçün

Nyu-York Universitetinin Tibb məktəbinin alimləri sübut edirlər ki, zeytun yağı damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, hətta həftədə 1 dəfə salata zeytun yağı əlavə etməklə ürək tutması, insult və infarkta səbəb olan arteriyaların tromblaşması riskini azaltmaq mümkündür.  

Tromb qan laxtasıdır. Tromb böyüyə və damarı tam bağlaya bilər. Həmçinin tromb damarın divarından qopa və qan axını ilə ürək, beyin, ağciyərə düşə bilər. Bu isə infarkt, insult, ağciyərin tromboemboliyası deməkdir.