Yaxşı bitki yağını necə seçməli? Tövsiyələr


Digərləri 13 Mar 2019 22:05:00 244 0

Yaxşı bitki yağını necə seçməli?  Tövsiyələr

Bitki yağları ən tez-tez istifadə olunan məhsullardandır.

Mütəxəssislər sübut edir ki, ürək-damar sistemininin sağlamlığı üçün insan hər gün 1 x.q. bitki yağı istehlak etməlidir. Bu mənada ən faydalı bitki yağı zeytun yağı sayılır.

Mütəxəssislər bitki yağını seçərkən bəzi göstəricilərə fikir verməyi tövsiyə edirlər. Son.az saglamolun.az-a istinadən bu tövsiyələri təqdim edir:

- Yemək bişirmək üçün rafinə edilmiş, salatlar üçün isə rafinə edilməmiş yağdan istifadə edin. Rafinə edilməmiş yağı qızdırmaq olmaz, bu zaman ziyanlı maddələr ifraz olunur.

- Rafinə edilmiş yağın heç bir qoxusu və dadı olmur. Əksinə isə rafinə edilməmiş yağ öz spesifik qoxusunu və dadını saxlayır.

- Ən yaxşı bitki yağı "premium" növü olandır. Daha sonra əla növ və 1-ci növ gedir.

- Soyuq sıxılma üsulu ilə ("холодный отжим") hazırlanmış yağ daha faydalı sayılır.

- Bitki yağı işıq sevmir və işığın təsirindən tez xarab olur. Bu səbəbdən bitki yağını alanda dükandakı rəfin dərinliyində yerləşən yağı götürün.